Xidmət haqqında
Hamiləliyin təqibi
Hamiləlik qadın həyatının ən həssas dövrlərindən biridir. Dr. Günay Rzayeva hamiləliyi ilk həftələrdən doğuşa qədər fərdi plan əsasında izləyir: hər trimestr üçün lazımi müayinə və analizlər vaxtında aparılır, risk amilləri erkən müəyyən edilir və gələcək ana hər mərhələdə ətraflı məlumatlandırılır.

Nələri əhatə edir
- Hamiləliyin təsdiqi və ilkin müayinə
- Trimestrlər üzrə ultrasəs müayinəsi (USM)
- I və II trimestr skrininq testləri
- Laborator analizlərin planlanması və izlənməsi
- Yüksək riskli hamiləliyin müşahidəsi
- Doğuşa hazırlıq və doğuş üsulunun planlanması
Nə zaman müraciət etməli
- Menstruasiya gecikməsi və ya müsbət hamiləlik testi
- Hamiləlik dövründə qanaxma, ağrı və ya qeyri-adi şikayət
- Əvvəlki hamiləliklərdə fəsadlar olduqda


