Xidmət haqqında
Ginekoloji xəstəliklərin müalicəsi
Ginekoloji xəstəliklərin müalicəsində məqsəd yalnız şikayəti aradan qaldırmaq deyil, səbəbi müəyyən edərək qadının reproduktiv sağlamlığını qorumaqdır. Müalicə planı müayinə nəticələrinə, yaşa və gələcək hamiləlik planlarına uyğun olaraq fərdi tərtib olunur.

Nələri əhatə edir
- Vaginal və uşaqlıq infeksiyalarının müalicəsi
- Uşaqlıq boynu xəstəlikləri (eroziya, displaziya)
- Uşaqlıq mioması
- Yumurtalıq kistaları
- Endometrioz
- Polikistik yumurtalıq sindromu (PKYS)
- Menstrual tsikl pozğunluqları və ağrılı menstruasiya
- Yeniyetmə dövrünün ginekoloji problemləri
Nə zaman müraciət etməli
- Qarnın aşağı hissəsində davamlı ağrı
- Menstruasiyanın gecikməsi, gur və ya ağrılı keçməsi
- Müayinədə mioma və ya kista aşkar olunduqda


